Ermənistan prezidenti Serj Sərksiyan yeni müdafiə nazirinin təyinatı barədə sərəncam imzalayıb.
“News.am” saytının verdiyi məlumata görə, bu vəzifəyə prezident administrasiyasının rəhbəri Viqen Sərkisyan təyin edilib.
V. Sərkisyan 1975-ci il təvəllüdlüdür. İrəvan Dövlət Universitetində, eləcə də Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alıb.
Seyran Ohanyan barədə məlumat açıqlanmayıb.