XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2016 - 13:58

AMEA-nın prezidenti:“Artıq ştatımız yoxdur, ixtisarlar aparılır”

akif elizade

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) artıq ştat vahidi yoxdur.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə AMEA-da şişirdilmiş ştat vahidlərinin olub-olmamasına münasibət bildirərkən deyib.

A.Əlizadə qeyd edib ki, AMEA-nın institutlarında və elmi müəssisələrində ştat vahidlərinin şişirdilməsinin qarşısının alınması üçün işlər davam etdirilir: "İxtisarlar edilir. Hazırda AMEA-da artıq ştatımız yoxdur. Bu istiqamətdə işlər davam etdirilir”.

A.Əlizadə AMEA nəzdində lisey və ya universitetin yaradılması üçün işlər aparmağa hazırlaşdıqlarını da söyləyib: “Hələlik AMEA nəzdində universitet, yoxsa liseyin yaradılacağını, bunlardan hansının seçiləcəyini deyə bilmərəm. Çünki bunun üçün müzakirələr aparmalıyıq. Bu, hələ niyyətdir. Niyyətin nə zaman reallaşacağını, universitet və ya liseyin hansı yönümlü olacağı hələ məlum deyil”.