XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2016 - 15:53

“ASAN xidmət indeksi” üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizmi təqdim olunub

asan

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "ADA" Universiteti tərəfindən hazırlanmış "ASAN xidmət indeksi" üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizmi təqdim olunub.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini, "ADA" Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, "ASAN xidmət"lə "ADA" Universiteti arasında yaxşı münasibətlər formalaşıb. (APA)

Onun sözlərinə görə, 15 ildən çoxdur, Elektron hökumətlə bağlı işlər görülür: ""ASAN xidmət"in fəaliyyəti təqdirəlayiqdir. İlkin mərhələdə bizim 2-3 professorumuz layihənin hazırlanmasında iştirak edib. Bizim təqdimatımız əsasında "ASAN xidmət" BMT-nin mükafatına layiq görülüb".

Dövlət Agentliyinin sədri İnam Kərimov qeyd edib ki, Azərbaycanın 2 brendi ortaq  layihəyə imza atıb. Onun sözlərinə görə, "ASAN Xidmət indeksi" üzrə qiymətləndirmə vasitəsilə dövlət xidmətlərini həyata keçirən şəxslərin peşəkarlıq səviyyəsinin ölçülməsi və inkişaf etdirilməsi, dövlət xidmətlərinin göstərilməsində şəffaflığın təmin olunması, dövlət xidmətlərinə nəzarət və şikayət mexanizmlərinin inkişaf etdirilməsi, dövlət xidmətlərinin səmərəliliyinin və keyfiyyətin yüksəldilməsi təmin ediləcək: "Dövlət Xidmətlərinin Elektron Reyrstri yaradılaraq istifadəyə verilib. Hazırda 118 dövlət orqanı tərəfindən göstərilən 594 dövlət xidməti haqda bütün məlumatlar Reyestrdə öz əksini tapıb. Bu layihə ilə dövlət xidmətlərinin qiymətləndirilməsinə noyabr ayından başlanacaq. Gələn ilin ortalarında qiymətləndirmənin nəticələri ictimaiyyətə açıqlanacaq. Qiymətləndirmə 7 parametr üzrə aparılacaq".