XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2016 - 17:59

Neft şirkətinin rəhbəri:"İranın gündəlik neft hasilatı 4 mln. bareli ötüb"

iran

 İranın gündəlik neft hasilatının həcmi 4 mln. bareli keçib. 

Bu barədə İran milli neft şirkətinin rəhbəri Ali Kardor bildirib. 

"Hazırda bizə neft hasilatının həcmi məsələsində təzyiqlər edilir. Bununla belə, mürəkkəb və gərgin danışıqlara baxmayaraq biz 4 mln. barel/gün hasilat hədəfini yaxalaya bildik", – deyə o, qeyd edib.

Xatırladaq ki, İran Neft İxrac Edən Ölkələr Birliyinin – OPEC-in bundan əvvəl Dohada keçirilən sammitində hasilatı 4 mln. barel/günə çatdırdıqdan sonra istehsalın dondurulması və yaxud azaldılması danısıqlarına başlayacağını bildirib. Məhz bu səbəbdən, Doha sammiti neft hasil edən ölkələrin qiymətini tənzimləmələri baxımından uğursuz olub. Lakin, İranın gündəlik hasilatı istədiyi səviyyəyə çatdırması noyabrın 30-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək növbəti OPEC sammitinində razılığın əldə olunmasına ümidləri artırır. (Report)