İranın rəsmi xəbər agentliyi olan İRNA-nın verdiyi xəbərə görə Rəfsəncaninin oğlu Mehdi Haşimiyə 10 il həbs cəzası kəsilib.
Mehdi Haşimi Norveçə məxsus neft şirkəti olan Statoyldan 5,2 milyon dollar rüşvət almaqda ittiham olunur.
Mehdi Haşiminin adı bir neçə il öncə də rüşvət qalmaqalında hallanmışdı. Lakin, o, bunu atasının adını ləkələmək istəyənlərin uydurması olduğunu demişdi.
Strateq.az