XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2016 - 19:34

Sabiq baş nazir Məsud Yılmaz:“Fətullah Güləni ilk dəfə Turqut Özalın cənazə mərasimində gördüm”

mesud-yilmaz

Türkiyənin keçmiş baş naziri Məsud Yılmaz Fətullah Gülənlə görüşündən danışıb.

Teleqraf.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, M.Yılmaz bildirib ki, bu görüşlər ANAP-da Fətullah Gülənə simpatiyası olan şəxslər tərəfindən təşkil olunub: “Fətullah Güləni həyatımda ilk dəfə mərhum Turqut Özalın cənazə mərasimində gördüm. Ondan sonrakı 5 il içində onunla 3 dəfə görüşdüm. Görüşmələr ANAP-da təmsil olunan, Gülənə simpatiyası olan şəxslər tərəfindən təşkil olundu. Tək məqsədim önəmli bir kütləni təsir altına alan və təsiri gedərək artan bir din adamını tanımaq idi. Düşünürəm ki, o da məni tanımaq istəyirdi. Çünki mən 28 fevraldan sonrakı hökumətin baş naziri idim. Bu görüşlərdə ondan heç təsirlənmədim. Onun da məndən təsirlənmədiyini zənn edirəm”.

M.Yılmaz həmin illərdə tanıdığı Fətullah Gülənin bu gün hərbi çevriliş törədəcək bir şəxs olacağını inanmadığını bildirib: “Etiraf edim ki, gördüyüm o çox sayğılı, hər sözünü hesablayaraq danışan insanın belə bir terror təşkilatına liderlik edəcəyini o illərdə heç düşünməmişdim. Məni oyadan hadisə bu hərəkat mənsublarının zamanla dövlətin təhlükəsizlik orqanlarına aşırı maraq göstərmələri və bu orqanlarda vəzifə daşıyan şəxslərin təriqətə yaxın olmaları ilə bağlı danışılanlar oldu. Bu məsələdəki şübhələrimi zaman-zaman mərhum Ecevitlə də paylaşdım və mübahisə etdim. Ecevit Gülən hərəkatına simpatiyasını gizlətməzdi… Əminəm ki, bu gün həyatda olsaydı və 15 iyulu yaşasaydı, o da hörmətli prezidentimiz kimi “mən bu qruplaşmanı belə bilmirdim, xəta etdim” deyərdi”.

M.Yılmaz 15 iyul çevrilişinin arxasında ABŞ-ın olub-olmaması fikrinə də münasibət bildirib: “Amerikaya getdiyimdə önəmli vəzifələrdə olmuş, hazırda məsləhətçilik edən bir şəxsdən “bu işin arxasında CİA ola bilərmi?” deyə soruşdum. “Əgər olsaydı, uğursuz olmazdı” cavabını verdi və mənə bir çevrilişin uğurlu olması üçün əvvəlcə əlaqə sistemlərinin necə sıradan çıxarıla biləcəyini izah etdi”.

Keçmiş baş nazir Gülən hərəkatını milli layihə hesab etmədiyini də qeyd edib: “Gülən qruplaşması təkcə Türkiyə ilə bağlı layihə deyil. Yəni milli bir layihə deyil, beynəlxalq bir layihədir. 170 ölkəyə əl atması ölkəyə xidmət etmək üçün deyil, ona verilən qlobal vəzifənin göstəricisidir. Amma onun bağlantılarını, arxasındakı gücləri hazırda dəqiq ortaya qoya bilmərik. Bunun iki səbəbi var: Birincisi arxalarındakı güclərin çox professional olmaları və əlaqələri çox yaxşı gizlətmələri. İkincisi, qruplaşmanın Türkiyədə, bəlkə də, Milli İstihbarat Təşkilatı da daxil olmaqla heç bir qurumun bacarmadığı qədər gizlilik əssında fəaliyyət göstərmələri. Düşünün ki, özləri arasında xəbərləşmək üçün xüsusi sistem yaradıblar və dövlətin təhlükəsizlik orqanları indi bu sistemi çözməyə çalışır”.