XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2016 - 21:16

“Misirdə legitimliyə zərbə endirilib” –Ərdoğandan Sisiyə tənqid

erdogan

Misirlə münasibətlərin normallaşdırılması üçün Məhəmməd Mursi və digər fəallar azadlığa buraxılmalıdır.

Bu sözləri Rotana televiziyasına açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə ilə Misir arasında güclü tarixi əlaqələrin olduğunu deyən Ərdoğan Əbdülfəttah Sisinin müdafiə naziri vəzifəsindən prezidentlik postuna yüksəlməsinin qəbuledilməz olduğunu vurğulayıb:

"Misirdəki mövcud hakimiyyət çevriliş nəticəsində rəhbərliyə gəlib. Demokratik yolla gələn bir hökumət yoxdur. Misirdə legitimliyə zərbə endirilib. Bu səhvin düzəldilməsi demokratiya yolunun açılması üçün şərtdir".