Xarici işlər naziri Elmar Məmmədyarov 4-5 oktyabrda Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikaya işgüzar səfər edəcəkdir.
XİN-dən Strateq.az-a daxil olan xəbərə görə, Belçika Azərbaycanla Əfqanıstanda həyata keçirilən quruculuq tədbirlərinə ikitərəfli və çoxtərəfli əsasda töhfə verən tərəfdaş dövlətdir.
Konfrans əsnasında Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.