XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 October 2016 - 12:20

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

hava isti

Sabah Bakı və Abşeron yarımadasında havanın  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-16° isti, gündüz  21-26° isti, Bakıda gecə  14-16° isti, gündüz  23-25° isti olacağı gözlənilir. 

Gündüz cənub-şərq küləyi əsəcək. Atmosfer  təzyiqi 764 mm civə sütunu, nisbi rütubət   gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 7-dək Abşeron yarımadasında əsasən sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 16-21° isti olacağı gözlənilir.