Rusiya prezidenti Vladimir Putin oktyabrın 10-da Türkiyəyə səfər edəcək.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O, Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağını və Ümumdünya Enerji Konqresində çıxış edəcəyini söyləyib: “Səfər oktyabrın 10-da baş tutacaq. Ümumdünya Enerji Konqresində çıxış və ikitərəfli görüşlər olacaq”.
Qeyd edək ki, Ümumdünya Enerji Konqresi oktyabrın 9-13-də İstanbulda keçiriləcək. (APA)