XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Oktyabr 2016 - 17:34

Şahin Mustafayev:“Azərbaycana iqtisadiyyatına maraq göstərən İran şirkətlərinin sayı çoxalıb”

s

İqtisadiyyat naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevölkəmizdə səfərdə olan İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan və İran dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin, xüsusilə son üç ildə bu görüş və səfərlərin intensivləşməsinin ölkələr arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb.

İqtisadi sahədə Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və əməkdaşlıq perspektivlərindən danışan Ş. Mustafayev qeyd edib ki, bu ilin yanvar-avqust aylarında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 65% artıb, Azərbaycana iqtisadiyyatına maraq göstərən İran şirkətlərinin sayı çoxalıb. Bildirilib ki, enerji, nəqliyyat, kənd təsərrüfatı və səhiyyə sahələrində əlaqələr uğurla davam etdirilir, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, ölkəmizdə İran tərəfindən dərman istehsalı zavodunun tikintisi layihəsi üzrə işlər görülür, ölkəmizə gələn iranlı turistlərin sayı artır. Neftçala Sənaye Məhəlləsində Azərbaycan-İran birgə layihəsi olan avtomobil zavodunun təməlinin qoyulduğunu qeyd edən nazir Ş. Mustafayev İran şirkətlərini, xüsusilə də Şərqi Azərbaycan və Gilan vilayətlərindən olan iş adamlarını sənaye parkları və məhəllələrində yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edib. Diqqətə çatdırılıb ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisi ilə bağlı oktyabr ayında Azərbaycan nümayəndə heyəti İrana səfər edəcək.

Ə. Fəzli ölkələr arasında əməkdaşlığın inkişaf etdiyini, Azərbaycan-İran əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Dünyadakı neqativ iqtisadi proseslər fonunda ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artmasının əhəmiyyətini qeyd edən nazir turizm, İKT, maliyyə, nəqliyyat və s. sahələrdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə İranın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə, Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə və Gilan vilayətinin valisi Məhəmmədəli Nəcəfi iştirak ediblər.  (APA)