XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2016 - 05:13

Saakaşvili:“Dostum və böyük vətənpərvəri sağ qalması münasibəti ilə təbrik edirəm"

saakasvili

 Gürcüstanın sabiq prezidenti, “Vahid Milli Hərəkat” müxalifət partiyasının təsisçisi Mixail Saakaşvili partiyanı təmsil edən deputat Qivi Tarqamadzeni avtomobilinin partlaması nəticəsində sağ qalması münasibəti ilə təbrik edib.   

“Dostum və böyük vətənpərvəri sağ qalması münasibəti ilə təbrik edirəm… Sağ qalanlara şəfa diləyirəm”, – deyə Saakaşvili  “Facebook” səhifəsində bildirib.

Eks-prezident hesab edir ki, insidentin təşkilatçısı hakim “Gürcü arzusu” partiyasının təsisçisi, sabiq baş nazir və milyarder Bidzina İvanişvilidir.   

İnsident ötən gün axşam saatlarında Tiflisin mərkəzində baş verib. Partlayış nəticəsində Tarqamadze və sürücüsü yüngül xəsarətlər alıblar. Məlumata görə, yoldan keçən daha 4 şəxs xəsarət alıb, hadisə yerində olan 10-dək avtomobilə ziyan dəyib.   

Tarqamadze avtomobilinin məsafədən idarə olunan partlayıcı qurğu ilə partladıldığını hesab edir.