XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2016 - 10:34

Venesuelalı nazir:"Hasilatın azaldılması ilə bağlı Azərbaycanla aktiv danışıqlar aparırıq"

v

OPEC üzvlərinin Əlcəzairdə keçirilən görüşdə sutkalıq neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi formal razılıq rəsmiləşərsə, bu, qiymətlərə ciddi şəkildə təsir edə bilər.

Bunu Venesuelanın neft naziri Eulohio del Pino deyib.

O, yekun qərarın OPEC-in noyabrın 30-da Vyanada keçirəcəyi görüşdə veriləcəyini xatırladıb. "Əgər bu qərar rəsmiləşərsə, neftin qiyməti stabilləşə bilər. Düşünürəm ki, qiymətlər sentyabr ayının orta qiymətindən 10-16 dollar yüksək olacaq", – deyə nazir qeyd edib.

Del Pino bildirib ki, OPEC sutkalıq hasilatı 0,7 mln. barrel azalda bilər. "OPEC və kartelə üzv olmayan ölkələr arasında əldə olunacaq razılığa əsasən, təklif əlavə olaraq 0,5 mln. barrel azal bilər. Hasilatın stabilləşdirilməsi istiqamətində hazırda Oman, Rusiya və Azərbaycanla aktiv danışıqlar aparılır", – deyə o, əlavə edib. (APA)