Cari ilin 9 ayında 1,7 milyon nəfər Azərbaycan vətəndaşı Gürcüstana səfər edib.
Bu göstərici ilə Azərbaycan vətəndaşları Gürcüstana gələn xaricilər arasında birinci yerdədirlər.
Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 2016-cı ilin 9 ayında ümumilikdə bu ölkəyə 4 879 031 nəfər xarici ölkə vətəndaşı gəlib. Bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz çoxdur. Ölkəyə gələnlərin 2 156 731 nəfəri turistlərdir. Bu göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz çoxdur.
Gürcüstana gələn xarici ölkə vətəndaşları sırasında Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları çoxluq təşkil edirlər(azərtac).