XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 October 2016 - 15:29

Daha bir klub Azərbaycan Kuboku uğrunda mübarizə aparmaqdanimtina etdi

Bu gün "Ağsu" futbol klubu Peşəkar Futbol Liqasına (PFL) məktub ünvanlayıb.

Klub 2016/2017-ci illər mövsümündə Azərbaycan Kuboku uğrunda yarışlarda iştirak etməyəcəyini bildirib. Nəticədə Kubok uğrunda 18 komanda mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan kubokunda “Qarabağ”, “Zirə”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Neftçi”, AZAL, “Sumqayıt”, “Rəvan”, “Qaradağ Lökbatan”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Bakılı”, “Şahdağ”, “Şərurspor” və “Səbail” komandaları çıxış edəcək. Kubokun püşkatma mərasimi sabah keçiriləcək. Daha əvvəl "Mil-Muğan", "Göyəzən" və "Energetik" komandaları turnirdə iştirakdan imtina edib(report).