XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

05 Oktyabr 2016 - 17:00

Çexiya-Azərbaycan oyununubu hakimlər idarə edəcək

2018-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Çexiya milli komandaları arasında keçiriləcək matça hakim təyinatları müəyyənləşib.

Azərtac xəbər verir ki, UEFA oktyabrın 11-də baş tutacaq qarşılaşmanı sloveniyalı hakimlər briqadasına həvalə edib.

Ostrava şəhərində keçiriləcək görüşdə baş hakim Matey Yuq olacaq. Ona Tomaş Klançnik və Manuel Vidali kömək edəcəklər. Matçda 4-cü hakim funksiyasını Mitya Zqaneç yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 11-də Ostrava şəhər stadionunda oynanılacaq matç saat 22:45-də başlanacaq.