XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2016 - 10:08

AMFA rəhbəri:"Maliyyə qurumları kredit siyasətlərinə yenidən baxır"

a

 "Kreditlərin geriyə ödənişlərini asanlaşdırmaq məqsədi ilə maliyyə qurumlarında kredit siyasətlərinə və strategiyalara yenidən baxılır".
Bunu "Üfüqdə yeni imkanlar: Çətinlikləri perspektivlərə çevirək" adlı ənənəvi VIII mikromaliyyə konfransında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov deyib.

Onun sözlərinə görə, müştərilərin xarici valyutada olan kreditləri restrukturizasiya olunur, müddəti uzadılır, təkrar maliyyə vəsaiti verilir. S. Kələşov bildirib ki, müştərilərə xarici valyutada olan krediti yerli valyutada verilmiş borcla bağlamaq imkanı verilir, vəziyyətdən asılı olaraq müəyyən müddət üçün cərimələr ləğv olunur.  (APA)