XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2016 - 11:37

Samir Şərifov ABŞ-a getdi –Dünya Bankının illik toplantısında iştirak edəcək

Samir

Maliyyə naziri Samir Şərifov BVF və Dünya Bankının İllik Toplantısında iştirak edəcək.

Strateq.az bildirir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

6-9 oktyabr 2016-cı il tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun İllik Toplantısı keçiriləcək. Toplantıda Azərbaycan Respublikasını maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı günlərində dünya iqtisadiyyatının cari vəziyyəti və gələcək inkişafın əsas istiqamətləri, yoxsulluğun aradan qaldırılması və maliyyə yardımının səmərəliliyi, o cümlədən qlobal iqtisadiyyat qarşısında olan çağrışlarla bağlı müzakirələr aparılacaq.