Broyler toyuq istehsalı ilə tanınan «Səba» ASC 60 əməkdaşını ödənişsiz məzuniyyətə göndərib.
Strateq.az bildirir ki, bu barədə şirkətin adının çəkilməsini istəməyən əmakdaşı “Turan”-a bildirib. Onun sözlərinə görə, oktyabın 1-də iclas keçirilib və elan edilib ki, bu, istehsal ziyanı ilə bağlıdır.
Bundan başqa, işləyən əməkdaşların maaşı 40% azaldılıb.
Qeyd edək ki, ASC-nin sədri Fuad Ələkbərov “Turan”ın dəfələrlə edilən zənglərinə cavab verməyib.
Sentyabrda Turan «Səba» ASC-də gözlənilən ixtisarlar barədə yazmışdı. Amma o vaxt Fuad Ələkbərov informasiyanı təkzib etmiş və bu xəbəri fitnəkarlıq adlandırmışdı.