XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2016 - 17:06

Polad Bülbüloğlu:"Hər bir ölkə ayrılıqda terrorizmlə mübarizənin öhdəsindən gələ bilməz"

polad

"Bakı və Moskva terrorçuluğa qarşı mübarizə sahəsində birgə səylərin koordinasiyası üzrə gündəlik iş aparır".

Bu sözləri "RİA Novosti"yə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. O bildirib ki, bu proses çox aktiv şəkildə gedir: “İki ölkənin daxili işlər nazirlikləri və xüsusi xidmət orqanları arasında çox yaxşı əməkdaşlıq mövcuddur. Bu yaxınlarda Bakıda MDB ölkələri xüsusi xidmət orqanları rəhbərlərinin iclası keçirilib. Yaxın Şərqdə və Avropada baş verən hadisələr, iqtisadi böhran ən mənfi və gözlənilməz nəticəni verə bilər. Hər bir ölkə ayrılıqda terrorizmlə mübarizənin öhdəsindən gələ bilməz. Üstəlik, terror MDB sərhədinə yaxınlaşıb. Bu baxımdan qarşılıqlı əməkdaşlıq Azərbaycanla Rusiya və Azərbaycanla Qazaxıstan arasında mövcuddur”.  (APA)