Türkiyə İraq torpaqlarına iddia etmir.
Bunu Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş İraq Nümayəndələr Məclisinin İraqda olan Türkiyə Silahlı Qüvvələrinin "işğalçı qüvvələr" olduğu qeyd edilən qərarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, türk hərbçilərinin Başikada olması Mosulun İŞİD-dən azad edilməsi üzrə əməliyyata yardım məqsədi daşıyır. (Trend)