XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2016 - 18:46

UNİCEF nümayəndəsi:“Azərbaycanda uşaq ölümü 50 faiz azalıb”

unicef

 Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova BMT Uşaq Fondunun (UNİCEF) Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Edvard Karvardin ilə görüşüb.

MM-dən verilən məlumata görə, B. Muradova deyib ki, parlamentdə qanunvericilik aktlarının hazırlanması prosesində uşaq hüquqları mütləq nəzərə alınır: “Xüsusilə son 10 ildə qəbul edilən qanunlarda gender məsələlərinə və uşaq haqlarına xüsusi diqqət yetirilib. Gələn ilin büdcəsi müzakirə olunarkən uşaq hüquqları məsələsi daha geniş aspektdə nəzərə alınacaq”.

E. Karvardin UNİCEF-in Azərbaycandakı nümayəndəsi kimi görəcəyi işlər, nəzərdə tutduğu fəaliyyət proqramı və planları barədə ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycanda uşaq ölümü 50 faiz azalıb, onların məktəbə cəlb olunması və uşaqlar arasında yoxsulluğun azaldılması istiqamətində mühüm nailiyyətlər əldə edilib.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş uşaqların pozulmuş hüquqlarının bərpası və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.  (APA)