XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2016 - 01:05

Türkiyə XİN:“Türkiyə hərbi kontingentinin İraqda yerləşdirilməsi ciddi problem deyil”

x

 Türkiyə hərbi kontingentinin İraqın şimalındakı “Başık” düşərgəsində yerləşdirilməsi ciddi problem deyil, Ankara və Bağdad arasındakı ziddiyyətləri aradan qaldırmaq mümkündür.

Bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.  

“Bizim hərbçilərimizin Başıkda olmasında ciddi problem görmürəm. Bağdad qeyri-dost ritorikasından vaz keçərsə, bütün məsələləri həll etmək olar”, – deyə Çavuşoğlu Ankarada mətbuat konfransında bildirib.  

Qeyd edək ki, oktyabrın 4-də İraq parlamenti Türkiyə hərbçilərinin Mosul yaxınlığında yerləşdirilməsinə etirazını bildirib.    (APA)