XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

18 Mart 2015 - 10:58

Zaur-Elin qardaşlarının anası danışdı və jurnalistləri günahlandırdı

Zaur-Elin qardaşlarının anası danışdı və jurnalistləri günahlandırdı

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı ülkər İsayevanı döyməkdə ittiham olunan Zaur və Elin qardaşlarının anası Gülnarə Məmmədova məhkəmədən sonra jurnalistlərin suallarını cavablandırıb.
Musavat.com-un reportyoru Məhəmməd Türkmənin verdiyi xəbərə görə, qardaşların anası G.Məmmədova məhkəmənin oğlu Zaurla bağlı çıxardığı iki aylıq həbs qətimkan tədbirini ağır cəza sayır:
“Zərərçəklən olmadığı halda mənə belə bir qərar çox ciddi gəldi. Məhkəmənin ədalətinə ümid edirəm. Prosesdə şəxsən iştirak etməmişəm, məhkəmə bağlı qapılar arxasında keçirilib”.
Məmmədovların anası Hamlet İsaxanlının döyülən qızın ülkər deyil, onun rəfiqəsi Katya olmasına da münasibət bildirib:
“Əgər siz qanunsuz, naməlum şəkildə mətbuata düşən o videoya baxsanız görərsiniz ki, orda heç kim döyülmür. Orada sadəcə aparmaq istəmədikləri qızı maşından düşürməyə çalışırlar. Mən videodakı cavanın kim olduğunu bilmirəm”.
G.Məmmədova bildirib ki, həmin videoya baxmayıbmış. O, oğullarının istintaqı ilə əlaqədar olaraq videoya baxdığını və orada görünən heç kəsi tanımadığını bildirib: “Mənim heç bir davadan xəbərim yoxdur. Indiyə qədər də bilmirəm ki, onları nədə ittiham edirlər”.
Gülnarə Məmmədova sözünün sonunda jurnalistləri günahlandırıb, deyib ki, onlar onun oğulları barədə yanlış rəy yaradırlar.