Rusiya Prezidenti Vladimir Putin Krımın Baş prokuroru Natalya Poklonskayanı tutduğu vəzifədən azad edib.
Bu haqda məlumatı RİA agentliyi yayıb.
“Krım Respublikasının prokuroru Natalya Poklonskaya tutduğu vəzifədən azad edilsin”, – sənəddə deyilir(Axar.az).
Xatırladaq ki, öz gözəlliyi ilə məşhur olan Poklonskaya Krım tatarlarına qarşı xüsusi aqressiyası ilə seçilir.