XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2016 - 18:50

Azərbaycan Poçt Əməliyyatları Şurasına üzv seçilib –Rəsmi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Türkiyədə keçirilən 26-cı Konqresi bu gün sona çatıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, nazir Ramin Quluzadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının İstanbulda keçirilən 26-cı Konqresi çərçivəsində təşkil olunan Nazirlər Konfransında iştirak edib.

Məlumata əssən, konqresin nəticələri Azərbaycan üçün uğurlu olub. Belə ki, Azərbaycan ÜPİ-nin 2 ali orqanından biri olan Poçt Əməliyyatları Şurasına üzv seçilib.

Eyni zamanda, konqresdə Azərbaycan Poçt Administrasiyası adından edilən 21 təklifin əksəriyyəti qəbul olunub, bir neçəsi sonrakı müzakirələr üçün təşkilatın növbəti ildə keçiriləcək sessiyasına göndərilib.