XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Oktyabr 2016 - 18:52

Elmar Məmmədyarov İranın XİN nümayəndəsi ilə görüşüb –FOTO

Elmar

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının xarici işlər nazirinin təhsil və araşdırmalar üzrə müavini Seyed Kazem Sajjadpur ilə görüşüb.

Strateq.az XİN-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və İran arasında dostluq və tərəfdaşlıq prinsipləri əsasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb.

Seyed Kazem Sajjadpur Azərbaycana səfəri çərçivəsində ADA Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib.

Görüşdə iki ölkənin diplomatik təlim müəssisələri arasında əlaqələrin inkişafı, tələbə mübadiləsi və birgə seminar və konfransların keçirilməsinin vacibliyi vurğulanıb.