XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

07 Oktyabr 2016 - 21:13

“Asanlıqla təslim olmaq istəmirik və məğlubiyyət haqda düşünmürük” –Rəşad Sadıqov

resad-sadiqov

"Hər birimiz üçün vacib oyundur. Sabah ilk ev oyunumuza çıxacağıq. Azarkeşlərin gözləntilərini başa düşürük və rəqibin də gücünü nəzərə alırıq. Bizi maraqlı və gərgin oyun gözləyəcək. Ötən illə müqayisədə rəqibin oyun üslubu dəyişib. İndi daha sürətli oynayırlar. Nəticədə müdafiəmizin üzərinə böyük güc düşəcək. Əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı olsun".

Bunu futbol üzrə Azərbaycan millisinin futbolçusu Rəşad Sadıqov 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsində sabah Norveç yığması ilə baş tutacaq görüşdən öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Yığmanın kapitanı qonaq jurnalistlərin mətbuat konfransına gəlməmələrinə münasibət bildirib: "Onların burada olmaması bizə maraqlı deyil. Düşünmürəm ki, komanda bizi ciddi qəbul etmir. Futbolçular bizi tam ciddi qəbul edir. Onlar bizə yox, özlərinə qarşı hörmətsizlik edirlər. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Bunu çox istəyirik. Rəqib asan deyil, güclüdür. Ola bilər ki, bizi kimlərsə rəqiblərə güclü dediyimiz üçün qınasın. Ancaq millidə zəif rəqib olmur. Ortabab komandalar olur. Asanlıqla təslim olmaq istəmirik və məğlubiyyət haqda düşünmürük".

Report