XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2016 - 12:52

Azərbaycan millisi bu günNorveç yığması ilə qarşılaşacaq

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan və Norveç futbol milli komandaları qarşılaşacaq.

Azərtac xəbər verir ki, qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Liran Liani olacaq. Ona həmyerliləri Nissan Davidi və David Elias Biton kömək edəcəklər. Dördüncü hakim funksiyasını Eitan Şmuelevitz yerinə yetirəcək.

Matçın UEFA nümayəndəsi Çarles Şaack (Lüksemburq), hakim-inspektoru isə Erol Ersoy (Türkiyə) olacaq.

Görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, millimiz seçmə mərhələ çərçivəsində ilk oyununda səfərdə San Marino yığması ilə qarşılaşıb və komandamız görüşdən minimal hesablı üstünlüklə ayrılıb – 1:0.