XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2016 - 13:51

Allahşükür Paşazadə və Mübariz Qurbanlı Türkiyəyə səfər edəcək –Səbəb

2

Oktyabrın 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görməzin dəvəti ilə Avrasiya İslam Şurasının IX zirvə toplantısında iştirak etmək üçün İstanbul şəhərinə səfər edəcəklər.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, “Avrasiyada İslam: din istismarına qarşı birlik, dayanışma və gələcək perspektivlər” mövzusunda keçirilən zirvə toplantısında regionda İslamın gələcəyi, qlobal təhdidlər və İŞİD problemi, qlobal təhlükə kimi FETÖ-nün Avrasiyada təsirləri, dini istismarın qarşısının alınması yolları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Toplantıya Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Diyanət İşləri başqanı Mehmet Görməz, Rusiya Federasiyası Müftilər Şurasının sədri Ravil Qaynutdin, Orta Asiya, Qafqaz və Şərqi Avropa regionuna daxil olan ölkələrdən din siyasəti ilə məşğul olan rəsmi şəxslər, nüfuzlu din xadimləri, tanınmış islamşünaslar və ilahiyyatçıların qatılacağı gözlənilir.

Açılış mərasimində A. Paşazadə və M. Qurbanlının çıxışları nəzərdə tutulub.

Qeyd edək ki, Avrasiya İslam Şurası Türkiyə Diyanət İşləri Başqanlığının təşəbbüsü ilə yaradılıb.  (APA)