XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2016 - 18:43

“Neftçi” “Sumqayıt”aməğlub oldu

Milli komandaların oyunları ilə əlaqədar fasilədən yararlanan "Sumqayıt" və "Neftçi" komandaları yoldaşlıq görüşündə üz-üzə gəlib. 

"Report"un məlumatına görə, Sumqayıtdakı "Kapitan Bank Arena"da keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu Süleyman Əhmədov vurub.

Bu görüşdə "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev komandada bir müddətdir məşq edən Mahir Şükürov, eləcə də baxışa gələn 3 əcnəbi oyunçunu sınaqdan çıxarıb. Şükürov ikinci hissədə meydanı tərk edibsə, serbiyalı qapıçı Boban Baykoviç, latviyalı yarımmüdafiəçi Aleksandr Fertov və braziliyalı orta sahə oyunçusu Jonas Enrike Pessalli sonadək meydanda olub.