XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2016 - 20:19

Azərbaycan-Norveç oyunu keçirilir- Bakı Olimpiya Stadionunda

Futbol üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Azərbaycan və Norveç milli komandaları qarşılaşır.

Azərbaycan millisinin start heyətində Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Maqomed Mirzabekov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Ruslan Qurbanov, Dmitri Nazarov və Ağabala Ramazanov meydana çıxıblar.

Norveçin ilk on birliyində isə Rune Yarsteyn, Yunas Svensson, Even Havlann, Stefan Strannberq, Haytam Alisami, Per-Silyan Şelbred, Ole-Kristian Selnes, Pol-Andre Hellann, Markus Henriksen, Adama Domande və Coşua Kinq yer alıblar.

Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Liran Lianidir. Ona həmyerliləri Nissan Davidi və David Elias Biton kömək edirlər. Dördüncü hakim funksiyasını Eitan Şmuelevitz yerinə yetirir.

Matçın UEFA nümayəndəsi Çarles Şaack (Lüksemburq), hakim-inspektoru isə Erol Ersoydur (Türkiyə).

Qeyd edək ki, millimiz seçmə mərhələ çərçivəsində ilk oyununda səfərdə San-Marino yığması ilə qarşılaşıb və komandamız görüşdən minimal hesablı üstünlüklə ayrılıb – 1:0(azərtac).