XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Oktyabr 2016 - 22:57

“Çox sevinməyə vaxt yoxdu” –Tarix yazan millimizin baş məşqçisi

prosinecki

"Oyunun çətin keçəcəyini bilirdik. 90 dəqiqədən sonra xoşbəxtəm". 

Bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

DÇ-2018-in seçmə mərhələsində Norveçi qəbul edən yığmamız Maksim Medvedevin yeganə qolu sayəsində qələbə qazanaraq, yoluna itkisiz davam edir.

Prosineçki qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında qələbəni şərh edib:

“Komandam mübarizə apardı. Əzmkar oyunla 3 xalı Bakıda saxladıq. Bizim üçün vacib oyun idi. Rəqib bizə imkan vermirdi ki, oyun göstərək. Çox çətin idi. Bunun müqabilində qələbə qazanmaq əla hissdi.

Çox sevinməyə vaxt yoxdu. Çünki 3 gündən sonra daha bir vacib oyuna çıxacağıq. Sabah Çexiyaya yola düşəcəyik. Səfərdəki matçda da eyni futbolu göstərməli, əzmkar oyun sərgiləməliyik. Ordan da yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik”.

APA