XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2016 - 12:13

Energetika naziri:"Gələn həftə Rusiya və Türkiyə “Türk axını” barədə müqavilə imzalaya bilər"

qaz

Moskva və Ankara 10-12 oktyabr tarixlərində İstanbulda keçiriləcək Ticari-iqtisadi Əməkdaşlıq üzrə Rusiya-Türkiyə Hökumətlərarası Komissiyasının iclasında “Türk axını” barədə müqavilə imzalaya bilər.

Bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

A. Novak deyib ki, hökumətlərarası müqavilənin layihəsi hazırdır, qalan bir neçə məsələ ilə bağlı Rusiya tərəfi türkiyəli həmkarları ilə aktiv əlaqə saxlayır. Rusiyanın energetika naziri iclasda müqavilənin imzalanması şansının olduğunu söyləyib.

Qeyd edə ki, “Türk axını” Qara dənizdən keçməklə Türkiyə-Yunanıstan sərhədinə qədər qaz kəmərlərinin çəkilməsini nəzərdə tutur.  Layihə çərçivəsində hər birinin gücü ildə 15,75 milyard kubmetr olan 4 kəmərin çəkilməsi, Rusiya qazının Türkiyə və Avropa bazarlarına çıxarılması üçün yeni marşrutun yaradılması planlaşdırılıb. İlk kəmərlə ötürüləcək qazın bütünlüklə Türkiyənin qaz tələbatına  yönəldilməsi razılaşdırılıb. Layihənin ümumi dəyər 11,4 milyard avrodur.  (APA)