İraqın paytaxtı Bağdad şəhərinin şərqində baş vermiş partlayış zamanı 9 nəfər həlak olub.
Bu barədə "As Sumaria" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə paytaxtın Əl-Cədid rayonunda olub. Polisin verdiyi məlumatda bildirilir ki, partlayışı terrorçu kamikadze törədib.
Hadisə zamanı bir neçə nəfər xəsarət alıb.