Gürcüstanda 2442 seçki məntəqəsində səslər sayılıb. Bu, ümumi səslərin 66,1 faizidir.
Strateq.az bildirir ki, bu barədə MSK məlumat yayıb.
Nəticələrə əsasən, proporsional seçkidə “Gürcü arzusu” bloku 49, 75 faiz, “Milli Hərəkat” isə 26, 72 faiz səs qazanıb.
Üçüncü yedə 4,9 faiz səslə “Patriotlar Alyansı” bloku gəlir.
Qeyd edək ki, Gürcüstanda seçki məntəqələrinin ümumi sayı 3702 -dir.