Yunanıstanda “qara polkovnikər qiyamı”nın sonuncu təşkilatçısı Stilianos Pattakos vəfat edib.
Strateq.az bildirir ki, o, 104 yaşında dünyasını dəyişib. Pattakos Georiqus Papadopulos və Nikolos Makarezosla birgə 1967-ci ildə dövlət çevrilişinin əsas təşkilatçılarından olub. Məhz Pattakos tankları Afina küçələrinə çıxarıb və qanuni hakimiyyəti devirib. O zaman Yunanıstanda minlərlə insan həbs olunub və həbs düşərgələrinə göndərilib.
Xunta zamanı Pattakos daxili işlər naziri və baş nazirin birinci müavini vəzifələrini tutub. Xuntanın suqutundan sonra Pattakos dövlətə xəyanətdə günahlandırılaraq ölüm cəzasına məhkum edilib. Sonradan hökm dəyişdirlib və ömürlük həbslə əvəzlənib. Pattakos səhhətinə görə 1990-cı ildə azad edilib.
Ömrünün sonuna qədər o günahını etiraf etməkdən imtina edib. Pattakos israr edib ki, məhz onların dövlət çevrilişi Yunanıstanı sosialist diktaturası qurulmasından xilas edib.
Pattakos oktyabrın 11-də dəfn olunacaq.