XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2016 - 15:28

“Qaz qardaşlığı”:Rusiya və Türkiyə “türk axını” layihəsini imzalamağa hazırlaşır

Türk Axını

Moskva ilə Ankara arasında “Türk axını” layihəsi ilə bağlı saziş oktyabr ayının 10-12-də İstanbulda keçiriləcək Rusiya-Türkiyə hökumətlərarası birgə iclası çərçivəsində imzalana bilər.

Strateq.az bildirir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak “Huriyyet” qəzetinə müsahibəsində deyib: “Hökumətlərarası saziş layihəsi hazırdır. Bir neçə açıq qalan məsələlər barədə Rusiya türk tərəfi ilə fəal müzakirə aparır.Sazişin imzalanması şansı var”.   

Novakın sözlərinə görə, Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşmasının qısa yolu “Türk axını” layihəsinin və “Akkuyu” AES-lə bağlı layihələrin reallaşmasından keçir.  

2014-cü ildən Rusiya rəhbərliyi tərəfindən açıqlanan bu layihəyə görə, Qara dənizdən Türkiyənin Avropa hissəsinə, oradan da Yunanıstanla sərhəddə qədər boru kəmərinin çəkilməlidir. Layihənin ümumi məbləği 11,4 milyard avrodur. Kəmərin bir qolu tamamilə Türkiyənin qaz ehtiyacının ödənilməsi üçün çəkiləcək.