XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Oktyabr 2016 - 18:32

AFFA körpüdən yıxılan azarkeşinmüalicə xərcini öz üzərinə götürdü

futbol

Dünən keçirilən Azərbaycan-Norveç matçını izləmək üçün Bakı Olimpiya Stadionuna gedən azarkeşlərdən biri bədbəxt hadisə ilə üzləşib.

Körpüdən yıxılaraq ciddi xəsarət alan Nahid Zahidov təcili yaxınlıqdakı xəstəxanaya aparılıb. 

APA-nın məlumatına görə, artıq AFFA rəhbərliyi xəsarət almış azarkeşə xəstəxanada baş çəkib.

Federasiyanın mətbuat xidmətindən sayta verilən məlumata görə, hazırda reanimasiyada olan xəstənin vəziyyəti ilə maraqlanan rəhbərlik onun bütün müalicə xərclərini öz üzərinə götürüb.