XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2016 - 10:28

Bakıya qonaq gələn erməni Kiyevə qayıdıb:“Bütün azərbaycanlılara təşəkkür edirəm”

vahe

“Son 2 gün ərzində mənimlə olanlar sağ olsunlar. Bu günlərdə minlərlə məktub aldım. Mən bütün azərbaycanlılara təşəkkür edirəm”.

 Bu sözləri dünən Bakıya gələn erməni hüquq müdafiəçisi Vahe Avetyan sosial şəbəkədə yazıb. Dünən İsveç vizası ilə Bakıya gələn və Azərbaycanı gəzmək istəyən erməni hüquq müdafiəçisi sosial şəbəkəsində artıq Kiyevdə olduğunu göstərib. (modern.az)

 Vahe Avetyan söyləyib ki, hər iki xalq arasında sülh yaratmalıyıq: “Əgər bir insan tarixi sülhə doğru dəyişə bilirsə tənbəl olmayın, yəni adi facebook istifadəçisi kimi çıxış etməyin. Sülh prosesinə öz kiçik faydanızı və bütün evlərə sülh. Təkəli sülh prosesinə töhfə verin”.

 Xatırladaq ki, dünən Bakı Beynəlxalq Hava Limanında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən saxlanılan Vahe Avetyan ölkəyə buarxılmamışdı.

 Hazırda İsveçdə mühacirətdə yaşayan, hazırki Ermənistan hakimiyyətinə müxalif olan Vahe Avetyan Azərbaycana gəzmək üçün gəldiyini bildirmişdi. Onu aeroportda DTX nümayəndələri qarşılayıb. Heydər Əliyev adına Beynəlxalq Hava limanında saxlanan Vahe Avetyan facebook profilində hadisə ilə bağlı açıqlama verib:

 "Bu, sülhün başlanğıcıdır. Bilet alıb Bakıya gələn ilk erməniyəm. 25 ildir bu ölkəyə dəvətsiz, hökumətin razılığı olmadan bir erməni də girə bilməyib. Mən öz istəyimlə gəlmişəm. Qonaq gəlmişəm. Tarixi dəyişirik. Bu gün sülhün başlanğıc günüdür".

 DTX nümayəndələrinə səfərin səbəbini izah edən V. Avetyan geri göndəriləcəyini güman edib. Vahe Avetyan DTX əməkdaşlarının onu kofe ve tosta qonaq etdiyini də yazıb: "Oturub söhbət edirik, deyib gülürük. Əla uşaqlardır".