XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2016 - 10:58

Miqrasiya Xidmətinin rəisi:"1682 nәfәr Azәrbaycan vәtәndaşlığına qәbul edilib”

miqrasiya-reis

Azәrbaycan Prezidentinin müvafiq sәrәncamları ilә 2008­-ci ildәn indiyәdәk 1682 nәfәr Azәrbaycan vәtәndaşlığına qәbul və bərpa edilib”.

Strateq.az bildirir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev YAP-ın rəsmi saytına verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, bu müddәt әrzindә 61 mindən çox şәxsin Azәrbaycan Respublikası vәtәndaşlığına mәnsubiyyәti tanınıb vә onlar müvafiq dövlәt qurumu tәrәfindәn Azәrbaycan Respublikası vәtәndaşının şәxsiyyәtini tәsdiq edәn sәnәdlәrlә tәmin edilib.

Firudin Nəbiyev xatırladıb ki,  “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna 2014-cü il 30 may tarixli dəyişikliklər əsasında yeni redaksiyada verilmiş qanunu xatırladıb. Qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan ərazisində olduqda Dövlət Miqrasiya Xidmətinə, ölkə hüdudlarından kənarda olduqda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsilə Xarici İşlər Nazirliyinə yazılı məlumat verməlidir. Əks halda Cinayət Məcəlləsinin 318-2-ci  maddəsinə  əsasən, həmin vətəndaşlar  3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər ilə cəzalandırılırlar.