XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

10 Oktyabr 2016 - 16:18

Azərbaycanın kabel televiziyası şəbəkələrindəanaloq yayımı davam etdiriləcək

Azərbaycan ərazisində dekabrın 1-dən televiziya kanallarının analoq yayımının dayandırılmasına baxmayaraq, kabel operatorların şəbəkələrində analoq yayımı davam etdiriləcək.

İnformasiya Mərkəzindən bildirilib ki, bu haqda Azərbaycan Kabel Operatorları Assosiasiyasının icraçı katibi Əli Əliyev deyib. Onun sözlərinə görə, analoq formatda KATV1 və “Ailə TV” kabel operatorlarının xidmətlərindən istifadə edənlər dekabrın 1-dən sonra da bu yayımdan faydalanacaq.

Ə.Əliyev qeyd edib ki, analoq yayımın dayandırılması yalnız efir kanallarına aiddir və dekabr ayından sonra efir kanallarını izləmək üçün ya DVB-T rəqəmli formatı dəstəkləyən televizor olmalı, ya da bunun üçün ayrıca xüsusi DVB-T və ya DVB-S qəbuledici qoşulmalıdır. Lakin Azərbaycanda satılan müasir televizorlarının əksəriyyətində rəqəmli televiziyanı dəstəkləyən DVBT resiveri olduğu üçün əlavə cihaz almağa ehtiyac yoxdur. Kabel televiziyasında isə hər şey olduğu kimi qalacaq.