XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2016 - 16:23

Norveç qələbəsinə görə futbolçularaböyük mükafat

AFFA DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin Norveç üzərində 1:0 hesablı qələbə qazanan futbolçulara böyük mükafat ayırıb.
 
Futboll.az-ın məlumatına görə, oyuna start heyətdə başlayan hər futbolçuya 50 min manat veriləcək. Oyuna sonradan daxil olan Ramil Şeydayev, Bədavi Hüseynov və Namiq Ələsgərov isə mükafatın 75%-ni alacaq. Bu isə 37500 manat deməkdir.

Ehtiyat oyunçular skamyasında oturmuş, ancaq Norveçlə matçda forma şansı qazanmayıb 9 futbolçunun mükafatı isə 25 min manatdır. Bu isə o deməkdir ki, futbolçular üçün 887500 manatlıq mükafat büdcəsi ayrılıb.
 
Bu qələbədən seçməmizin baş məşqçisi Robert Prosineçki də öz payını alacaq. Bunu da nəzərə alsaq, deməli, mükafat 1 milyon manatı keçir.