Bu gün İcevan-Yerevan avtomobil yolunda hərbçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Mercedes” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində ağır xəsarət alan sürücüsü Vaçaqan Hayrabedyan ölüb.
Shamshyan.com-a görə, kapitan rütbəli hərbçi Vaçaqan Hayrabedyan Ermənistan Silahlı Qüvvələrində xidmət edirmiş. (APA)