XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

10 Oktyabr 2016 - 18:05

Gürcüstanın sabiq müdafiə naziri siyasətdən getmək qərarına gəlib:"Gürcüstan əsgəri olmağa davam edəcəm"

d

"Azad demokratlar" müxalifət partiyasının lideri İrakli Alasaniya müvəqqəti olaraq siyasətdən getmək qərarına gəlib.

Gürcüstanın sabiq müdafiə naziri deputatlığa majoritar namizəd kimi qeydiyyatdan keçdiyi Qoridə parlament seçkilərinin ikinci turunda iştirakdan imtina edib.

"Harada olmağımdan asılı olmayaraq, Gürcüstan əsgəri olmağa davam edəcəm. Həm beynəlxalq, həm də yerli proseslərə qoşulmaqla dövlətlə, xalqla bir yerdə olacam. Bizi dəstəkləyənlərin hər birinə təşəkkür edirəm. Partiya yenilənmiş və daha yaxşı heyətlə yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilər üçün aktiv fəaliyyətini davam etdirir" – İ.Alasaniya deyib.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, İ.Alasaniya səsvermənin birinci turunda Qoridə seçicilərin 19,38% səsini qazanıb. (Report)