XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 October 2016 - 18:28

ABŞ-dan Türkiyədəki PKK terroruna münasibət:"Hər cür əməkdaşlığa hazırıq”

usa

Ağ Ev Türkiyənin Şəmdinli bölgəsində baş vermiş teraktı pisləyib.

ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ned Prays ölkəsinin PKK terror təşkilatının teraktlarına görə narahat olduğunu deyib.

“ABŞ Türkiyənin cənub-şərqində jandarm məntəqəsinə təşkil olunan və xeyli sayda insanın ölümünə səbəb olan hücumu pisləyir. Bu hücum PKK-nın dərin narahatlıq yaradan terrorlarından biridir. Terror PKK-nın Kürdüstan Azadlıq Şahinləri qanadı tərəfindən həyata keçirilib. Biz NATO müttəfiqimiz olan Türkiyəyə dəstəyimizi davam etdiririk və terrorla mübarizədə hər cür əməkdaşlığa hazırıq”, – deyə Ned Prays bildirib.

Qeyd edək ki, Türkiyənin Hakkari vilayətinin Şəmdinli mahalında PKK-çılar tərəfindən Durak jandarm məntəqəsinə bomba yüklənmiş avtomobillə hücum təşkil edilib. Terakt nəticəsində 10-u əsgər, 8-i mülki vətəndaş olmaqla, 18 nəfər həlak olub, 27-si yaralanıb.  (Axar.az)