XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2016 - 19:38

AŞ baş katibi:“Suriyadakı durum BMT Təhlükəsizlik Şurasının iflasıdır”

bmt

Avropa Şurasının (AŞ) baş katibi Tyorborn Yaqland Suriyadakı durumu BMT Təhlükəsizlik Şurasının (TŞ) iflası adlandırıb.

Suriyadakı vəziyyəti fəlakət kimi xarakterizə edən T. Yaqland qeyd edib ki, XXI əsrdə belə halların yaranmasına imkan vermək olmaz.

AŞ nümayəndə heyətinin Suriyaya göndərilməsi ehtimalına gəldikdə isə baş katib məsələnin təmsil etdiyi qurumun səlahiyyətinə tam aid olmadığını desə də, eyni zamanda diplomatik həll variantlardan imtina edilməsinin düzgün olmadığını vurğulayıb.

"BMT-nin nizamnaməsində qeyd olunub ki, qurumun Təhlükəsizlik Şurasının üzvləri digər üzv dövlətlərin əvəzinə sülh və təhlükəsizliyin təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Biz bu məsuliyyəti daşıyanları, xüsusən də BMTTŞ-nin üzvlərini Suriyadakı fəlakətə son qoymağa çağıra bilərik. Onlar bu məsuliyyətə uyğun hərəkət etmir”, – deyə o qeyd edib.  (APA)