XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2016 - 09:15

“FETÖ üzvüdür”-40 min nəfər haqda belə yalan xəbər verilib

an

 "40 min nəfərin Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olması haqda xəbər verilib".

Bu haqda Ankara Təhlükəsizlik İdarəsi Terrora qarşı mübarizə İdarəsi məlumat yayıb.

İnformasiyaya görə, dövlət çevirilişinə cəhd edilən gündən – iyulun 15-dən indiyədək 40 min nəfərin FETÖ-yə üzv olması haqda təhlükəsizlik qurumlarına məlumat verilib.

Xəbərə əsasən, həmin məlumatların kin və nifrət hissindən qaynaqlandığından müəyyən edilib. İnformasiyada bildirilib ki, belə xəbərlər araşdırıldıqdan sonra onların çoxunun əsassız, yalan olduğu aşkarlanıb.

"Onların arasında oğlu haqda yalan məlumat verən ata, ərindən xəbər deyən həyat yoldaşı, qonşusundan yalan məlumat çatdıran vətəndaşlarımız da var. Belələri barədə cinayət işi açırıq", – deyə təhlükəsizlik idarəsindən bildirilib.  (Report)