XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2016 - 09:27

Mənbə:"Ukrayna “Normand dördlüyü”nün görüşündə iştirak etmək niyyətində deyil"

rus

Ukrayna tərəfi “Normand dördlüyü”nün görüşündə iştirak etmək niyyətində deyil.

Bu barədə “İnterfaks-Ukrayna” agentliyinə Ukrayna XİN-dəki diplomatik mənbə bildirib.

“Ukrayna tərəfi “Normand dördlüyü”nün görüşündə iştirak etməyə razılıq verməyib. Hələ ki rəsmi Moskva Minsk razılaşmaları çərçivəsində öz öhdəliklərini yerinə yetirmir və münaqişəsinin həllinə dair "yol xəritəsi" hazırlanmayıb, bu görüş baş tuta bilməz”, deyə mənbə bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov oktyabrın 19-da Parisdə “Normand dördlüyü” liderlərinin növbəti görüşünün keçiriləcəyini bildirib.   (APA)