XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2016 - 11:57

Nazir Ramil Usubov Gəncədə vətəndaşları qəbul edəcək –Qəbul tarixi açıqlandı

usubov-10

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gəncədə vətəndaşları qəbul edəcək.

Strateq.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazir oktyabrın 29-da saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinləri ilə görüşəcək.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Nazirlikdən bildirilib ki, qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.